Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 15:33:00
Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Hər iki fənn üzrə iclaslarda ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq materialının müzakirəsi davam etdirilib.

 

AzEdu.az xəbər verir ki, müzakirədə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclasları 16 fevral 2022-ci il tarixində olacaq.