Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 13:43:00
UNEC Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçildi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib. 

 

AzEdu.az xəbər verir ki, iclasda komitənin üzvləri ilə yanaşı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə də iştirak edib.

 

UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov iclası açıq elan edərək, komitəyə yeni sədr seçiləcəyini və komitənin tərkibində dəyişikliklərin olacağını bildirib.

 

UNEC HİK-nin sədri vəzifəsini icra edən Vəlixan Namazov komitənin mövcud durumu barədə hesabatla çıxış edib. Hesabat dinlənildikdən sonra komitə üzvləri tərəfindən qəbul olunub.

 

Sonra Həmkarlar İttifaqı Komitəsinə sədr seçkisi keçirilib. UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.

 

Prorektor dosent Şaiq Əsgərov Rüfət Süleymanlının THİK sədri kimi fəaliyyətindən söz açıb. Onun rəhbərliyi ilə THİK tərəfindən UNEC-in məzunu və tələbəsi olan şəhid və qazı ailələrinə, eləcə də sosial durumu həssas olan tələbələrə göstərilən diqqət və qayğıdan danışıb. R.Süleymanlının HİK sədri kimi də vəzifəsinin öhdəsindən layiqincə gələcəyindən əminliyini ifadə edib.

 

Sonra Rüfət Süleymanlı çıxış edərək, ona göstərilən etimada görə universitet və ATİAHİ rəhbərliyinə təşəkkürünü bildirib.

 

Rüfət Süleymanlını təbrik edir, ona yeni fəaliyyətində uğurlar arzulayırıq!