Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 12:12:00
Maaşı artırılan təhsil işçiləri, başlayan sənəd qəbulları-Ötən həftəyə baxış

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  31 yanvar-6 fevral tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Azərbaycanda distant tədrisə keçən məktəb və siniflərin sayı açıqlanıb:

 

Təhsil Nazirliyi koronavirusa görə distant tədrisə keçən məktəb və siniflərin sayını açıqlayıb.

 

Nazirlikdən bildirilib ki, hazırda ölkə üzrə 3 məktəb distant təhsildədir.

 

Magistraturaya sənəd qəbulu başlayır:

 

Bu gündən 2022/2023-cü tədris ili üçün magistraturaya sənəd qəbulu başlayır.

 

İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

 

Xaricdə doktoranturaya sənəd qəbulu başlayıb:

 

Xaricdə doktoranturaya dair 2022-ci il üzrə ilk sənəd qəbuluna başlayıb.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, nazirliyin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan vətəndaşlarını 2022-ci il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edib.

 

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb:

 

“Əcnəbilərin Azərbaycanda təhsili ilə bağlı Təhsil Nazirliyi və dövlətin təşviq tədbirləri həyata keçirilir. Buna təhsil qrantı layihələrini misal göstərmək olar. 2021-2022-ci tədris ili üçün 7 300-dən artıq əcnəbi tələbə ilk dəfə olaraq Azərbaycanda təhsil alırlar. Bu say ildən-ilə artmağa davam edəcək”.

 

Bu fikirləri Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov deyib.

 

Bağçada işləyən 37 mindən çox işçinin maaşı artımla ödənilib:

 

Bağçada işləyən 37 mindən çox işçinin maaşı artımla ödənilib.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, nazirlikdən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1 670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları ölkə başçısının müvafiq sərəncamları ilə 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanılıb ödənilib.

 

İbtidai siniflər üçün yeni dərs vəsaiti hazırlanıb:

 

İbtidai siniflər üçün yeni dərs vəsaiti hazırlanıb.

 

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları” vəsaitləri Mərkəzi tərəfindən ibtidai sinif şagirdləri üçün fənn kurikulumunun təlim nəticələri əsasında hazırlanıb.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları