Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 11:05:00
Təhsil haqqları aşağı olan dövlət universitetləri - QİYMƏTLƏR 

İxtisas seçiminin başa çatmasına 2 gün qalıb. Zaman daraldıqca abituriyentlərin həyəcanı da durmadan artır. İxtisas seçimi edərkən abituriyent və valideynlərin diqqət etdikləri məqamlardan biri də məhz təhsil haqqı məsələsidir. Reallıq budur ki, hazırda keçid balını toplayan, ancaq maddi imkanı qənaətbəxş olmayan bir çox gənc ali təhsildən kənarda qalır.

AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq, ”Abituriyent 4” jurnalına istinadən Azərbaycanın dövlət ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı tələb edən ixtisasları diqqətə çatdırır:

Azərbaycan Dillər Universitetində Regionşünaslıq(Almaniya üzrə), Regionşünaslıq(Ərəb ölkələri üzrə), Regionşünaslıq(Çin üzrə),Regionşünaslıq(Fransa üzrə), Dil ədəbiyyat müəllimliyi (alman dili), Dil ədəbiyyat müəllimliyi (fransız dili), Xarici dil müəllimliyi(alman dili), Xarici dil müəllimliyi(fransız dili), Filologiya(alman dili və ədəbiyyatı), Filologiya(fransız dili və ədəbiyyatı), Tərcümə(Azərbaycan-alman dili), Tərcümə(Azərbaycam-fransız dili), Tərcümə (Koraya- Azərbaycan dili) ixtisaslarının hər birinə ildə 1000 Azn ödəmək tələb olunur.

Naxçıvan Dövlət Universitetində Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi və Memarlıq ixtisaslarının illik təhsil haqqı məbləği 1000 Azn təşkil edir.

Gəncə  Dövlət Universitetində Komputer elmləri , Ekologiya mühəndisliyi, Kimya, Biologiya və Bədən tərbiyəsi və idman ixtisaslarının illik ödənişi 1000 Azn-dir.

Azərbaycan Texnologiya Universitetində Metallurgiya mühəndisliyi, Elektronika, Telekommunikasiya və radiotexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Ekologiya mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarında ödənişli əsaslarla təhsil almaq üçün ildə 1000 Azn ödəniş tələb olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları