Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 16:12:00
Magistraturaya ərizə qəbulu ilə əlaqədar “Məsləhət mərkəzləri” fəaliyyət göstərir

Ali təhsil müəssisələrinin magistraturalarına elektron ərizə qəbulu fevralın 10-dək davam edəcək.

 

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarına ərizə vermək istəyən bakalavrlar texniki dəstək almaq üçün mərkəzin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu universitetlərində ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

 

“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar bakalavrlara qəbul qaydaları, ali təhsil müəssiələrinin magistratura səviyyəsinə ərizə qəbulu, “Bakalavrın elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və s. məsələlər haqqında ödənişsiz kömək göstərirlər.

 

Bakalavrlar onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.