Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 10:06:00
Bu gün Günəş tutulacaq  

Bu gün ilin sonuncu Günəş tutulması hadisəsi baş verəcək.

Bu barədə AzEdu.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.

Tutulma hadisəsi (qismən tutulma) Bakı vaxtilə saat 12:02-də başlanacaq, saat 13:46-da maksimum səviyyədə olacaq, saat 15:30-da başa çatacaq.

Qeyd edək ki, bu ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.