Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 12:10:00
DİM insan resurslarının idarə olunmasına dair təlim təşkil edib  

Dövlət İmtahan Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsi“ mövzusunda təlim keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, təlimdə kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. barədə iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.

 

Təlimlər “İnsan resurslarının idarə edilməsi”, “Əmək qanunvericiliyinin tətbiqi”, “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzuları üzrə mart ayının əvvəlinədək davam edəcək