Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-01 17:26:00
DİM: Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Fevralın 1-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, iclasda ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantı müzakirə olunub.

 

Müzakirələr zamanı tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclası fevralın 8-də olacaq.