Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-01 14:05:00
Texniki Universitetin inkişaf strategiyası - müasir standartlarla keyfiyyətli tədris  

Azərbaycan Texniki Universitetinin (AzTU) 2021-2030-cu illər üçün inkişaf strategiyasına əsasən, qlobal səriştələrin mənimsənilməsi üçün bütün təhsil

səviyyələrində müasir standartlarla keyfiyyətli tədris təmin edilməlidir.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, bu məqsədlə tədris prosesində öyrədən və öyrənənin vəhdətini təmin etmək, müəllim hazırlığı proqramlarını və kurikulumları qlobal perspektivlərlə uyğunlaşdırmaq planlaşdırılır.

 

Qeyd edək ki, strategiyanın məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu yöndə mütəxəssis hazırlığını təmin etmək, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmaqdır.