Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-30 12:25:00
UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.

 

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də “qırmızı” diplom digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələblərdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq, hələ də “qırmızı” diplom verilir.