Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 12:16:10
Təhsil haqqı ən ucuz olan özəl universitetlər - QİYMƏTLƏR

Dövlət ali təhsil müəssisələrinə nisbətən özəl ali təhsil müəssisələrində təhsil haqqının məbləği daha yüksəkdir. Xəzər Universitetində əksər ixtisasının illik ödənişi 4000 Azn təşkil edir. Ancaq bəzi özəl ali məktəblər var ki, tələb olunan təhsil haqqının miqdarı dövlət universitetlərinin ödənişlərindən də aşağıdır.

AzEdu.az “Abituriyent 4” jurnalına istinadən özəl ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı tələb edən ixtisasları diqqətə çatdırır:

Azərbaycan Kooperasiya Universitetində Qida məhsulları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi  ixtisaslarına illik 1600 Azn ödəniş tələb olunur.

Bakı Avrasiya Universitetində Regionşünaslıq (Avropa ölkələri), Regionalşünaslıq(Yaxın və orta Şərq ölkələri), Biznesin idarə edilməsi, Filologiya(türk dili və ədəbiyyatı), Tərcümə (alman dili), Tərcümə(ərəb dili), Tərcümə(fransız dili ) ixtisaslarının illik ödənişləri 1600 Azn-dir.

Naxçıvan Universitetində İnformasiya texnologiyaları, Beynalxalq münasibətlər, Muhasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Turizm və otelçilik, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Tarix müəllimliyi, Dinşünaslıq, Bədən tərbiyəsi və idman ixtisaslarına 1500 Azn, Riyaziyyat və informatika müəllimliyi, Coğrafiya müəllimliyi, Xarici dil müəllimliyi, Filologiya(alman dili və ədəbiyyatı), Kimya və biologiya müəllimliyi ixtisaslarına isə ildə 1600 Azn ödəniş olunmalıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları