Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 10:16:00
“Od tutub yanan” ixtisaslar –Təhsil haqqları yüksək olan UNİVERSİTETLƏR

Hər il bəzi ixtisaslar üçün tələb olunan təhsil haqqının məbləğində müəyyən miqdarda artım müşahidə olunur. Rayonlarda və Bakıətrafı ərazilərdə yerləşən ali məktəblərdə illik ödəniş tələbi şəhərə nisbətən daha aşağıdır. Bakıda isə yaxşı ali məktəbdə və yaxşı fakültəyə qəbul olmaq üçün illik təhsil haqqının miqdarı yüksəkdir.

Bəs Azərbaycanda ən yüksək təhsi lhaqqı tələb edən dövlət universitetləri və ixtisasları hansılardır?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ADA Universitetində İqtisadiyyat, Biznesin idarə edilməsi və Hüquqşünaslıq ixtisaslarının illik ödənişləri 6500, Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları mühəndisliyi ixtisasları 6400, Beynalxalq münasibətlər ixtisasının illik ödənişi isə 6000 AZN təşkil edir.

Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması, İnformasiya təhlükəsizliyi, Neft-qaz mühəndisliyi ixtisaslarına illik 4500 Azn ödəniş tələb olunur.

Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisasının illik ödənişi 4500 Azn, Əczaçılıq, Tibbi profilaktika, Stomatologiya ixtisaslarının illik ödənişləri isə 4000 AZN təşkil edir.

Bakı Dövlət Universitetin ən bahalı ixtisası Hüquqşünaslıqdır. Bu ixtisasda ödənişli əsaslarla təhsil almaq istəyənlər hər il 4500 Azn ödəməlidirlər.

Bakı Mühəndislik Universitetində tədris ingilis dilində aparılan Dünya iqtisadiyyatı 2800 AZN, Mühasibat uçotu və audit 2700 Azn, Maliyyə, Sənayenin təşkili və idarəolunması, Biznesin idarə edilməsi ixtisasları üzrə illik təhsil haqqı 2900 AZN müəyyənləşdirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin ən çox ödəniş tələb olunan ixtisas isə Maliyyə ixtisasıdır. Bu istiqamət üzrə təhsil almaq istəyənlər il 2600 AZN ödəməlidirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları