Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 09:48:57
40 minə yaxın abituriyent ərizəsini təsdiq edib

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 11454, II ixtisas qrupu üzrə 8509, III ixtisas qrupu üzrə 9866, IV ixtisas qrupu üzrə 2886 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1128, II ixtisas qrupu üzrə 920, III ixtisas qrupu üzrə 797, IV ixtisas qrupu üzrəisə 282 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2996 nəfərdir.

Bu saata əsasən, 5 ixtisas qrupu üzrə ümumilikdə 38.838 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları