Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 09:12:00
Abituriyentlərin çətinlik çəkdiyi bəzi tapşırıqlara dair metodik tövsiyənin hazırlanması məsələsi müzakirə edilib

Yanvarın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, fizika fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ I və IV ixtisas qrupları üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

Rus dili (tədris dili) fənni üzrə işçi qrupunun iclasında isə ali təhsil müəssisələrinə 2021-ci ildə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında abituriyentlərin cavab verməkdə çətinlik çəkdiyi bəzi tapşırıqların izahına dair metodik tövsiyənin hazırlanması məsələsi müzakirə edilib.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclası yanvarın 19-da olacaq.