Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 15:56:00
 "İlin gənc müəllimi-2022" müsabiqəsi başlayır– Yeni şərtlər və qaydalarla

 

 

"İlin gənc müəllimi-2022"müsabiqəsi başlayır.

 

Bu müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalının  birgə təşkilatçılığı ilə təşkil olunur.

 

"İlin gənc müəllimi-2022" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər.

 

İkinci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

 

Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək.

 

Hər il müxtəlif  istiqamətdə ilklərə imza atan layihə, bu il də özünəməxsus  yeniliklərlə start götürəcək.  

 

 

 

Həmçinin, müsabiqənin mükafatlandırılma prosesi, doldurulmalı olan form, eləcə də şərtlər barəsində ətraflı məlumat tezliklə AzEdu Təhsil Portalında veriləcək.

“İlin gənc müəllimi-2022”-yə müraciət 01.02.2022 tarixindən etibarən mümkün olacaqdır.