Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-05 17:17:00
Müəllim və namizədləri uğura çatdıracaq tədris mərkəzi işə başladı- “AzEdu Academy”

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Siz də " Azedu Academy" qatılmaqla öz əsərinizi yazın!

 

Bu gündən etibarən yeni tədris mərkəzi və təhsil platforması “AzEdu Academy” fəaliyyətə başlayır.

 

“AzEdu Academy” tədris mərkəzinin əsas fəaliyyət istiqamətləri təhsillə bağlı müxtəlif layihələrin və xüsusən də Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müəllim və namizədlərin peşəkar təlimçilər tərəfindən hazırlığının həyata keçirilməsidir.

 

 MİQ-in test imtahan mərhələsinə hazırlaşan müdavimlər (müəllim və namizədlər) həm kurikulum, həm də bütün ixtisaslarla bağlı səmərəli hazırlıq kursu keçməklə müsabiqədə uğur qazana biləcəklər.

 

 “AzEdu Academy” tədris mərkəzinə hazırlıq üçün müraciət edən müdavimlərə xüsusi bonuslarla yanaşı, əlavə stimullaşdırcı təkliflər paketi də təqdim olunacaq. Həmin xüsusi bonuslar və stimullaşdırıcı təkliflər paketi haqqında AzEdu təhsil portalı və “AzEdu Academy”-nin sosial şəbəkə hesablarında ətraflı məlumat veriləcəkdir.

 

“AzEdu Academy” təhsil platformasının əsas fəaliyyət istiqaməti təkcə MİQ hazırlığı üzrə deyil, həmçinin direktorlar və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqəsində iştirak edəcək namizədləri uğura daha da yaxınlaşdırmaqdır. Platforma həmçinin, mütəmadi olaraq müəllim və namizədlər üçün tanınmış təhsil mütəxəssislərinin iştirakı ilə ödənişsiz təlimlər təşkil edəcəkdir.

 

“AzEdu Academy” ilə əlaqə saxlamaq istəyən müəllim, təlimçi və təhsil mütəxəssisləri üçün əlaqə nömrələri: 012-480-15-93; 055-329-48-78.

 

Email:[email protected]

 

Ünvan: Qara Qarayev metro stansiyası yanı, 34/67

Şükufə Süleymanlı
Müəllifin digər yazıları