Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-05 16:51:00
Ötən sutka peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, bir gündə 27 417 vaksin vurulub.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.