Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-05 16:37:00
Yoluxma azaldı - Ölü sayı artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib. 7 454 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 527, bu günə qədər isə ümumilikdə 5 899 183 test icra olunub.