Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-02 16:46:00
DİM ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib  

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupunda ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə abituriyentlər DİM-in saytındakı keçidlərdən tanış ola bilərlər.

 

Gələn ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.