Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-30 12:28:00
Bu il 94 nəfər xaricdə doktoranturada təhsil almaq hüququ əldə edib  

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 94 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına beynəlxalq reytinq cədvəlləri üzrə (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) top 500-lükdə yer alan aparıcı elm mərkəzlərində təhsil almaq hüququ qazanıb.

 

Bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

 

Qeyd olunub ki, hazırda Dövlət Proqramı çərçivəsində 6 prioritet ixtisas istiqaməti üzrə dünyanın 20 ölkəsinə aid nüfuzlu 62 ali təhsil müəssisində 127 doktorant təhsil almaqdadır.

report