Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-30 12:07:00
50 minə yaxın tələbənin elektron qeydiyyatı portal.edu.az vasitəsilə həyata keçirilib  

Cari ildə ali və orta ixtisas təhsil müəssisələrinə 50 minə yaxın tələbənin elektron qeydiyyatı portal.edu.az vahid təhsil xidmətləri portalı vasitəsilə həyata keçirilib.

 

AzEdu.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Qeyd edilib ki, Təhsil Nazirliyinə tabe müəssisələrdə doktoranturaya qəbul da eyni portal vasitəsilə təşkil edilib. Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sisteminin elektronlaşdırılması istiqamətində “Ali və Orta İxtisas Təhsili Alt Sistemi” formalaşdırılmaqdadır. Hazırda ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar, təhsilverənlər, tədris planları, əmrlər, təhsil müəssisələrinin strukturu, təhsilalanların müvəffəqiyyət göstəriciləri, təhsil haqları və s. barədə məlumatların ATİS-ə doldurulması prosesi gedir.