Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 10:09:00
ADA Universitetində dərslər sentyabrın 3-də başlayacaq - RƏSMİ 

“ADA Universitetində yeni tələbələr üçün dərslər sentyabrın 3-də başlayacaq”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib. Onun sözlərinə görə, dərslər bütün ali məktəblərdə olduğu kimi 17 sentyabrdan start götürəcək:

“Dərslər rəsmi olaraq 17 sentyabrda başlayır. Biz yeni qəbul olan tələbələr üçün sentyabrın 3-dən orientation (Orientasiya - yeni işçinin,tələbənin şirkət və ya universitetlə tanışlığı və dərs ilinə hazırlanma prosesidir) mərhələsinə başlayacağıq. Bu mərhələdə ADA Universitetinin qaydalarını, daxili prosedurlarını onlara izah edəcəyik. Mayın sonunda isə dərslər yekunlaşacaq”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları