Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 14:57:00
ADNSU-nun “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti “SPM Oil & Gas” şirkətində olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin professor-müəllim heyəti ilə “SPM Oil & Gas” ACaterpiller Company şirkətində görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov,, “Sənaye maşınları” kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov, “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müdiri dosent Tahir Cabbarov, “Mexanika” kafedrasının dosenti Fariz Qafarov, “SPM Oil & Gas” ACaterpiller Company şirkətinin Rusiya və Xəzər hövzəsinin Şərq regionu üzrə baş direktoru Elnur Qulamov, Əməliyyatlar şöbəsinin müdiri Əli Həsənov və İnsan resursları üzrə mütəxəssis Gülnar ibrahimova iştirak ediblər.

 

ADNSU-da həyata keçilirən geniş miqyaslı islahatlar haqqında ətraflı məlumat verən fakültə dekanı, dosent Əli Hikmət Əhmədov universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, ingilis dilində ixtisasların tədrisi, elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr, Lazer Mərkəzi, mübadilə proqramları və yeni layihələrdən danışıb.

 

“SPM Oil & Gas” ACaterpiller Company şirkətinin Rusiya və Xəzər hövzəsinin Şərq regionu üzrə baş direktoru Elnur Qulamov şirkətin fəaliyyət istiqamətləri, strukturu, həyata keçirdiyi layihələr, serviz xidmətləri və s. haqqında ətraflı məlumat verərək universitetlə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

 

Görüş zamanı birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, texnologiyaların transferi, şirkətin mütəxəssislərinin tədris prosesində uyğun ixtisaslar üzrə mühazirələrin oxuması, tələbələrin yay təcrübə proqramlarında iştirakı, tələbələr üçün təcrübə keçmə imkanlarının təmin edilməsi və s. mövzular müzakirə olunub.

 

Sonda qeyd olunan məsələlərin həyata keçirilməsi üçün hər iki tərəfin iştirakı ilə işçi qrupunun yaradılması və görüşlərin davam etdiriməsi ilə bağlı razılıq əldə olunub.