Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 16:08:00
DİM diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərə müraciət edib  

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 26-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, namizədlər imtahana buraxılış vərəqəsini Mərkəzin saytında yerləşdirilmiş linkdən çap edə bilərlər. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü namizədlər tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim olunmalıdır.