Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 13:34:00
“Hər bir şagird üçün inşa yazmaq şərtdir” – Ucqar kənd müəllimi  

“Şagirdlərdə inşa yazı vərdişlərinin formalaşmasında müasir texnologiyanın təsiri böyükdür”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Zərdab rayonu Əlvənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbuhi Musayev deyib. Onun sözlərinə görə, söz ehtiyyatının çoxalması, fikirlərin sərbəst şəkildə qarşı tərəfə çatdırılması əsas göstəricidir:

“Şagirdin inşalarda dil qaydalarına riayət edib-etməməsi ona dərs deyən müəllimin qaydaları şagirdə necə aşılamasından və özünün peşəkarlığından asılıdır.İnşa yazmaq şagird üçün şərtdir. Düzdür, kənd məktəblərinin çoxu müasir texnologiya ilə tam təmin olunmayıb, amma bu şagirdin daim axtarışda olma imkanlarını əlindən almır.

Kənd məktəbləri də şəhər məktəblərindəki kimi elektron lövhə və bu kimi avadanlıqlarla təmin olunsaydı, şagirdin dünya görüşünün formalaşmasına, yazı imkanlarının inkişafına daha da təkan olardı”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları