Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-20 15:23:00
AZTU-da MÜSİAD-ın “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbiri baş tutub-FOTO

Dekabrın 18-də Azərbaycan Texniki Universitetinin (AzTU) akt zalında Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatşılığı ilə keçirilən “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbirdə AzTU-nun müəllim və tələbələri ilə yanaşı digər universitetlərin tələbələri, Türkiyədən qonaqlar iştirak edib.

 

AzEdu.az xəbər verir ki, universitetin rektoru Vilayət Vəliyev tədbir iştirakçlarını salamladıqdan sonra prorektor Çetin Elmas “Kosmik era – süni intellekt” mövzusunda çıxış edib. Daha sonra Türkiyənin təhsil müşaviri Nihat Büyükbaş və Türkiyə Cümhuriyyəti Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin Yıldırım Türkiyənin kosmik təqdiqatlarda əldə etdiyi nailiyyətlərdən və iki ölkə arasında bu mövzuda qurulan əməkdaşlıqdan danışıblar.

 

Sonda tədbir iştirakçlarının sualları cavablandırılıb və onlara hədiyyələr təqdim olunub.