Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə işə yeni qəbul olunmuş gənc müəllimlər üçün adaptasiya proqramı çərçivəsində təlimlər keçirilir.
Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən onlayn təşkil olunan təlimlərin əsas məqsədi gənc müəllimlərin məktəb mühitinə uyğunlaşmasına təkan vermək, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması baxımından onları istiqamətləndirmək, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.
Təlimlərdə müəllimlər kurikulum əsasında keyfiyyətli dərsin təşkili, müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları və sinfin idarəolunması ilə bağlı məlumatlandırılır.
Qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, milli-mənəvi dəyərlərə yiyələnən, millətini və Vətənini sevən, yüksək biliklərə malik gənc nəslin yetişdirilməsində müəllimlərin səylə çalışması ilə bağlı müvafiq tövsiyələr verilir. Həmçinin təlimlərdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.
kitabı