Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 12:15:00
Pedaqoji Universitetin filialları müstəqil ali məktəblərə çevriləcək

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bu il 30 illiyini qeyd etdiyimiz Şəki, Şamaxı və Quba filiallarının gələcəkdə müstəqil ali məktəblərə çevrilməsi yönündə müvafiq addımlar atılır.

 

AzEdu.az xəbər verir ki, bunu dekabrın 17-də Heydər Əliyev Mərkəzində keçirilən ADPU-nun 100 illik yubiley tədbirində rektor Cəfər Cəfərov bildirib.

 

Rektor qeyd edib ki, hazırda ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində və ölkənin 5 müxtəlif regionunda yerləşən filiallarda keyfiyyətin artırılmasına yönələn ardıcıl və məqsədyönlü tədbirlər görülür.