Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 16:14:00
“Yeni çağırışlar” müzakirə proqramında təhsildə yaradıcılıq barədə danışılacaq

Dekabrın 17-si saat 20:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proqramın budəfəki qonağı beynəlxalq bestseller müəllifi, yazıçı və yaradıcı düşüncə üzrə mütəxəssis Rod Cadkins olacaq. Rod Cadkins ilə təhsildə yaradıcılıq barədə danışılacaq.

 

“Yaradıcı düşünmə sənəti”, “Dəyərli işlər gör”, “Düşüncəni dəyiş” kitabları Rod Cadkinsin yaradıcı düşüncə, mədəniyyət və psixologiya mövzularında ən çox satılan kitablardan bir neçəsidir. Onun kitabları 15-dən çox dilə tərcümə olunub.

 

Proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Qeyd edək ki, “Yeni çağırışlar” Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır.