Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 13:22:00
Təhsil İnstitutu Azərbaycan dili fənninin məzmunundakı yeniliklərlə bağlı seminar təşkil edib  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova tərəfindən tələbələr üçün "İbtidai sinif səviyyəsində Azərbaycan dili fənninin məzmunu: mətn və yazı üzrə işlərin təşkili" mövzusunda seminar keçirilib.

 

AzEdu.az xəbər verir  ki, seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “SABAH” qrupunun 4-cü kurs tələbələrinə Azərbaycan dili fənninin məzmunundakı yeniliklər barədə məlumat verilib və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirilib.