Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 11:14:00
19 dekabrda DİM tərəfindən bu imtahanlar keçiriləcək-SİYAHI

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində br sıra imtahanlar təşkilolunacaq. AzEdu.az həmin siyahını təqdim edir:

- inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul;

- doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı;

- I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı;

- peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçiriləcək.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni saytımızdan çap edə bilirlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarına tövsiyə edirik ki, kitabça ilə mütləq tanış olsunlar.

İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni mütləq gətirmək lazımdır

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları