Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 09:24:00
Gələn il keçiriləcək qabiliyyət imtahanlarının şərtləri müzakirə olunub

Orta ixtisas təhsili səviyyəsi üzrə keçiriləcək bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət imtahanlarına həsr edilən işçi qrupun növbəti iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, işçi qrupun üzvləri 2022-ci ildə bədən tərbiyəsi və idman istiqaməti üzrə keçiriləcək imtahanların daha təkmil formada təşkil olunması ilə bağlı təkliflərini irəli sürüb, mövcud stadionların vəziyyəti ilə bağlı müzakirələr aparıblar.

 

Bundan əlavə, iclasda 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri və normativləri də müzakirə mövzusu olub.

 

Görüşdə bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, orta ixtisas təhsili və ümumtəhsil məktəblərinin mütəxəssisləri iştirak ediblər.

 

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsində nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləyin.