Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 17:57:00
Şamaxı Rəsədxanası 2022-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtını açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, fəsillərin Azərbaycana daxil olma vaxtlarını təqdim edir:

 

Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 20 Mart saat 19:33. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.

 

Yay fəsli - Yay günəş duruşu - 21 İyun saat 07:32. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.

 

Payız fəsli - Payız Gecə-Gündüz bərabərliyi - 23 Sentyabr saat 05:03. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

 

Qış fəsli - Qış günəş duruşu - 22 Dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq