Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 11:35:00
UNEC-də bu müəllimlərin maaşı 50 faiz artırılır - Ədalət Muradov 
"UNEC-də artıq bir neçə ildir ki, müəllim (müəllim, baş müəllim, dosent, professor) vəzifəsi ilə yanaşı, həm də tədqiqatçı-müəllim (tədqiqatçı-müəllim, tədqiqatçı-baş müəllim, tədqiqatçı-dosent, tədqiqatçı-professor) vəzifəsi təsis edilmişdir".
 
 
AzEdu.az xəbər verir ki, bu sözləri UNEC rektoru Ədalət Muradov facebook səhifəsində yazıb 
 
 
 
"Tədqiqatçı - müəllim statusu tədqiqatları ilə seçilən müəllimlərə verilir və Google Scholar vasitəsilə müəyyən edili"
 
 
 
Rektor bildirib  ki, " son 6 ildə elmi əsərlərinə ümumi istinadların sayı 100-dən çox (bu zaman müəllifin bir əsərinə son 6 ildə özünə istinadların sayı 2-dən çox olmamalıdır) və H-İndeksi 8-dən çox olan müəllimlərə tədqiqatçı statusu verilir. Obyektivlik və şəffaflıq tam təmin edilir. Tədqiqatçı statusu alan müəllimlərin maaşı 50 faiz artırılır".
 
Gülcahan Məmmədova