Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 16:12:00
Nobel Mükafatına layiq görülən azərbaycanlılar-Onlar kimdir?  

Dünyanın ən prestijli elm mükafatlarından biri sayılan Nobel hər il müxtəlif ölkə və nominasiyalar üzrə təqdim edilir.

 

Çox təəssüf ki, ölkəmizdən bu mükafata  az sayda elm adamı layiq görülüb, lakin onlar Azərbaycan elm tarixinə adını qızıl hərflərlə yazdırıb.

 

AzEdu.az onları təqdim edir.

 

Ölkəmizdə Nobelə layiq görülən ilk şəxs

 

1908-ci ildə Bakıda yəhudi əsilli ailədə doğulan, tanınmış fizik Lev Landau 14 yaşında Bakı Dövlət Universitetinə daxil olub.

 

Landau 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

 

Nobel alan ilk azərbaycanlı

 

Tarixi faktlar göstərir ki, Nobel mükafatına təqdim olunmuş ilk Azərbaycanlı göz həkimi Sona Vəlixanlıdır. O, 1940-cı ildə təqdim olunmuş, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar mükafat verilməmişdir.

 

Nobel Sülh Mükafatı alan ilk azərbaycanlı qadın

 

Azərbaycanlı hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində anadan olub.

 

Dövrünün ticarət hüququ üzrə ilk alimlərdən olan atası Məhəmmədəli Ebadi 1948-ci ildə ailəsini də götürüb Tehrana köçür. Şirin xanım 1965-ci ildə Tehran Universitetinin hüquq fakültəsinə qəbul olur və 1969-cu ildə buranı bitirir.

 

Təhsil pillələrini uğurla qalxan Şirin Ebadi 1975-ci ildə İranın ilk qadın məhkəmə sədri olur. Lakin İran İslam İnqilabından sonra təqaüdə çıxmaq məcburiyyətində qalır. Qarşılaşdığı çətinliklərə rəğmən, öz yolundan, əqidəsindən dönmür.

 

Ebadinin hüquq sahəsində göstərdiyi fəaliyyət dünyanın da diqqətində idi. Bunun nəticəsi kimi, o, 2003-cü ildə Roma Papasi İkinci İohan Pavel, keçmiş çex prezidenti Vatslav Havelin də yer aldığı 165 namizəd arasından seçilərək, Nobel Sülh Mükafatına layiq görülür və bu mükafatı almış ilk müsəlman qadın kimi tarixə düşür. 

 

Nobel mükafatı qazanan azərbaycanlı alim

 

Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin məzunu olduqdan sonra bir neçə partiya təşkilatlarında işləyib. Anası Mehparə xanım isə Bakı Dövlət Universitetini bitirdikdən sonra  orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb.

 

Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi–riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Ondan sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır. Ordan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə Təkmilləşdirmə Proqramı çərçivəsində tətbiq olunan kömpüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.

1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq  professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini  davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə “SPEKTR” adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.
1992-ci ildən is həyatı Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim  həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxaql Agentlikdə çalışır.

 

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.

2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür. 

 

Qeyd edək ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi yaradıldıqdan sonra ölkənin bir çox görkəmli alimləri Mərkəz vasitəsilə No­bel mükafatına təqdim olun­muşdur. Onlar Nemət Qasımov, Ofeliya Abakarova, Tel­man Əliyev, Solmaz Qasımova, Pərviz Yəhyalı, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadədir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları