Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 11:54:08
Bakı Şəhəri üzrə Təhsil İdarəsi səmərəli fəaliyyətinə görə fərqlənən müəllimləri təltif edib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə qəbul üçün yaradılmış müsahibə komissiyalarında səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlərə fəxri fərman və təşəkkürnamə təqdim olunub.

 

AzEdu.az xəbər verir ki, təltifetmə mərasimində idarənin struktur bölmə rəhbərləri müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Təltif olunan müəllimlər onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklərini söyləyiblər.