Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 10:22:00
Biologiya və tarix fənləri üzrə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib

Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qrupların iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda fənlər üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib. Müzakirələrdə tapşırıqların hər birinin fənn kurikulumuna görə hansı altstandartların tələblərinə uyğun bilik və bacarıqları yoxlamağa və qiymətləndirməyə imkan verməsi dəqiqləşdirilib, həmçinin tapşırıqların rus dilinə tərcümə olunmuş variantları yoxlanılıb.

 

İclaslarda iştirakçılar tərəfindən gündəlik məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc ediləcək.

 

İşçi qrupların növbəti iclası dekabrın 16-da olacaq.