Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 09:21:00
DİM: Sınaq imtahanına qeydiyyat müddəti uzadılıb  

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat müddəti dekabrın 10-u saat 23:59-dək uzadılıb.

 

AzEdu.az xəbər verir  ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. Test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayınadək olan hissəsini, digər siniflər üçün isə tam proqramı əhatə edəcək.

 

Sınaq imtahanında coğrafiya fənni üzrə Azərbaycanın iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu yaxınlarda iqtisadi rayonların yeni bölgüsü ilə bağlı ictimaiyyətə təqdim olunan material əsasında tərtib ediləcək. Həmçinin tarix fənni üzrə Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar 2021-ci il “Abituriyent” jurnalının 2-ci nömrəsində verilən material əsasında tərtib ediləcək.

 

İmtahan dekabrın 19-da, coğrafiya fənni üzrə əlavə imtahan isə dekabrın 26-da keçiriləcək.

 

İmtahanda iştirak etmək üçün DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolu ilə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır.