Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 14:28:00
11 illik təhsil sistemi artıq geridə qalıb və təhsilin inkişafına maneə törədir- Adil Vəliyev

 

Təhsil naziri Emin Əmrullayevin ötən günki çıxışında səsləndirdiyi məqamlar ölkə gündəminin əsas müzakirə mövzusuna çevirilib.

 

Çıxış zamanı nazir bir çox inkişaf etmiş ölkələrdə 12 illik tədrisin tətbiq edildiyini bildirərək, artıq ölkəmizdə də bu istiqamətlərdə işlərə başlanılmalı olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Adil Vəliyev 11 illik təhsilin artıq geridə qaldığını və bunun təhsilin inkişafına maneə törətdiyini bildirib:

 

“Cənab nazirin səsləndirdiyi fikir dəfələrlə gündəm mövzusu olmuşdu, ancaq təəsüf ki, bir müddət sonra unuduldu.11 illik təhsil sistemi artıq geridə qalıb və təhsilin orta səviyyəsinin inkişafına maneə törədir.11 illik təhsil sistemində proqramlar həddindən artıq yüklənmiş vəziyyətdə olur və bu demək olar ki, şagirdlərin problemlərinin artmasına,psixologiyasının pozulmasına səbəb olur. Ancaq 12 illik təhsildə şagirdlərin dərs yükü biraz daha yüngülləşəcək”.

 

Ekspert bizim də ən qısa zamanda bu yeniliyə ayaq uydurmalı olduğumuzu vurğulayıb:

 

“İnkişaf etmiş ölkələrin təhsil sistemi ilə maraqlansaq, görərik ki, orta təhsil müəssisələri 12 il müddətinə və 3 mərhələdən ibarət olur. Bu zaman 1-6 -cı sinif,7-9 -cu sinif,10-12 -ci sinif kimi bir bölgü sistemi olur və məktəbdə bu şagirdlər demək olar ki, biri-birini görmüş olmurlar.Onu da qeyd edim ki, bəzi inkişaf etmiş ölkələrdə təhsil 13-14 il müddətində müəyyən edilib. Hazırda 180-ə yaxın ölkə 12 illik sistemə keçib və biz də ən qısa zamanda bu yeniliyə ayaq uydurmalıyıq”.