Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 09:55:00
Tələbə adını qazanmaq uğrunda gərgin rəqabət davam edir - Bu ana olan NƏTİCƏLƏR

 

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 7647, II ixtisas qrupu üzrə 5588, III ixtisas qrupu üzrə 6637, IV ixtisas qrupu üzrə 2156 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 770, II ixtisas qrupu üzrə 642, III ixtisas qrupu üzrə 572, IV ixtisas qrupu üzrəisə 228 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 505 nəfərdir.

Bu saata əsasən, 4 ixtisas qrupu üzrə ümumilikdə 24.240 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları