Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-02 15:36:00
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinin nəticələri 10 gün ərzində elan olunacaq-DİM  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 28-də keçirilmiş peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinin nəticələri yaxın 10 gün ərzində elan olunacaq.

 

AzEdu.az xəbər verir ki, imtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Həmin tapşırıqların 35-i qapalı, 5-i açıq tipli olub. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.