Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-04 16:10:42
Dil öyrənmək üçün ən vacib mərhələ: Qrammatika yoxsa "listening"?

Hazırda Azərbaycanda ingilis dili birinci sinifdən etibarən tədris olunmağa başlayır.

11 il boyunca ingilis dili öyrənmələrinə baxmayaraq, məzun olduqdan sonra tələbəlik dövründə belə ingiliscə danışmağa çətinlik çəkirlər. Bunun əsas səbəbi məktəblərdə istifadə olunan yanlış tədris metodlarıdır. 

Mütəxəssislər qeyd edirlər ki, müxtəlif dillərə yiyələnmək üçün 4 bacarığın hər birini- listening, reading, speaking, writingi inkişaf etdirmək mütləqdir. Danışıq bacarığı (speaking) dil öyrənən tələbələr tərəfindən  üz-üzə ünsiyyət qurmaq üçün ən çox tərcih olunan mərhələdir. Lakin orta məktəblərdə,əsasən qrammatikaya önəm verilir, speaking və listening isə kənarda qalır.

AzEdu.az  aktual problemə çevrilən dinləmə (listening) mövzusunda yazını təqdim edir:

Dinləmə insana həmin dildə düşünə bilmə qabiliyyətini qazandırır…

Çoxlu dinləmə həmin dili öyrənmək və öz ana dilin kimi tələffüz etməkdə ən təsirli vasitədir. Bir çox halda insanlar buna necə və nə vaxt yiyələndiklərini anlamırlar. Mütəxəssislər qeyd edir ki, körpələr ilk öncə öz valideynlərinə, ətraflarındakı insanlara qulaq asır və zaman keçdikcə danışmağı öyrənirsə, elə dil öyrənməyin özünü də eyni proses olaraq qəbul edə bilərik. İnglis dili öyrənən zaman dinləmək danışıq bacarığı başda olmaqla digər bacarıqları da yüksək səviyyədə inkişaf etdirir.

Qrammatikanı nə qədər yaxşı bilsəkdə, kifayət qədər söz bilmiriksə, ya da beynimizdəki sözlərə tez qrammatikanı tətbiq edə bilmiriksə, demək o dili öyrənə bilməmişik. Buna görə də ən yaxşısı ingilis dili öyrənmədən əvvəl sadə nümunələri öyrənin, sonra əsas zamanları (Gələcək, Keçmiş, indiki davam edici və bitmiş zaman) öyrənib dərhal praktikaya başlamanız yaxşıdır.

Əsas hesab olunan listening zamanı çoxlu sayda ingilis dilində sözlər,onların işlənmə qaydası, qrammatik strukturlar, intonasiya, vurğunun işlənmə yeri öyrənilir və tərcümə etmək bacarığı inkişaf etdirilir.

Tez-tez listening etməklə yeni sözlər, söz birləşmələri və onların mənaları avtomatik olaraq öyrənilə bilər. Eşitdərək öyrənilənləri özgüvənlə ünsiyyət zamanı tətbiq edə bilərsiniz.

Asudə vaxtlarımızda, idmanla məşğul olduğumuzda, yolda gəzəndə xarici podcastlara, radioya qulaq asmaqla vaxtımızı həm maraqlı, həm də daha səmərəli keçirmiş olarıq.

Listening həmçinin diqqətimizi toplamaqda bizə yardımçı ola biləcək bir fəaliyyət növüdür.