Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 10:15:00
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən tеst imtаhаnının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi Dövlət Vergi Xidməti ilə birgə 2021-ci il noyabrın 28-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

 

AzEdu.az xəbər verir ki, koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. 

 

İmtahan saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb. İmtahanda namizədə seçdiyi istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.

 

İmtahan nəticələri saat 19:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

 

İmtahanda iştirak etmək üçün 322 namizəd qeydiyyatdan keçib. Onlardan 4 namizəd imtahana gəlməyib. 9 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.