Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-04 13:12:00
Bu il yeni yaranan ixtisaslar hansılardır? - Plan yerləri və illik ödənişləri

Ali məktəblərə ixtisas seçimi davam edir. Bu il abituriyentlərə bir neçə universitetdə yeni yaranan ixtisaslar da təqdim olunub.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, 2018-ci  Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi” ixtisası yeni yaradılan ixtisaslardandır. Tədris ingilis dilində, dövlət sifarişi və ödənişli əsaslarla aparılır. İxtisas yeni açıldığından keçid balı formalaşmayıb. İxtisasa dövlət sifarişi üzrə 20 plan yeri, ödənişli əsaslarla isə 5  yer ayrılıb. İllik ödəniş 4500 Azn-dir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” ixtisası yaradılıb. 25 plan yeri ayrılan ixtisasın illik ödənişi 1900 Azn-dir. Ödənişsiz əsaslarla da təhsil mövcuddur.

ADNSU-da yeni yaradılan digər ixtisas isə “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”dir. 30 plan yeri ayrılan 1700 azn-dir.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.