Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 14:23:00
“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına hazırlıq işləri aparılır  

Təhsil İnstitutunun təşkilatçılığı, ADA Universitetinin və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Təhsil Nazirliyinin dəstəyilə noyabrın 29-da onlayn formatda keçiriləcək “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına hazırlıq işləri davam edir.

 

AzEdu.az xəbər verir ki, konfransda “Azərbaycanın distant təhsil təcrübəsi” adlı paneldə son illərdə ölkəmizdə distant təhsil sahəsində əldə olunan nailiyyətlər və perspektivlər haqqında fikir mübadiləsi aparılacaq.

 

Panel müzakirəsinin spikerləri Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin Ümumi şöbəsinin müdiri Fidan Nəcəfova olacaq.

 

Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Tədbirdə Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulur.