Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-17 09:24:00
DİM zal nəzarətçisi sertifikatı alanların sayını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə imtahanlarda iştirak etmiş zal nəzarətçilərinin fəaliyyətinin araşdırılması ilə bağlı təhlilin bəzi nəticələrini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, 2021-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 16 min 346 nəfərdən ibarət olub. Bazanın 96 faizi orta ümumtəhsil müəssisələrinin əməkdaşlarından ibarətdir. Zal nəzarətçisi sertifikatı alanların sayı 1273 nəfərdir və ümumi bazanın 7,8 faizini təşkil edir.

 

Zal nəzarətçisi sertifikatı olan şəxslərin 70 faizi orta ümumtəhsil müəssisələrinin əməkdaşlarıdır.