Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 11:40:00
DİM-də hazırlıq kurslarının praktiki mərhələsi keçirilib

Bu mərhələdə iştirakçıların hazırladıqları ev tapşırıqları ilə bağlı müzakirələr aparılıb

 

AzEdu.az xəbər verir ki, 13 və 14 noyabr 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarının kimya, biologiya, fizika, tarix, coğrafiya, rus dili və ingilis dili fənlərindən növbəti məşğələləri keçirilib.

 

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq məşğələlər “Zoom” platforması üzərindən onlayn həyata keçirilib.

 

Məşğələlərdə Bakı, Gəncə, Göyçay, Xaçmaz və Bərdə şəhərləri üzrə DİM-də elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Bu mərhələdə iştirakçıların hazırladıqları ev tapşırıqları ilə bağlı müzakirələr aparılıb. Moderatorlar və iştirakçılar müzakirə edilən məsələlər ilə bağlı fikir bildirib, təkliflər veriblər.

 

Növbəti mərhələdə kurs iştirakçıları xüsusi proqram təminatı ilə cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılması prosesindən (kalibrləmə) keçəcəklər. Sonuncu mərhələni uğurla keçən müdavimlərə kurs keçdikləri barədə sertifikatlar veriləcək.  

 

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.