Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 11:16:00
ADNSU-da Mülki Müdafiə hazırlığı ilə bağlı təlim keçirilib  

Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ADNSU-nun Mülki müdafiə qərargahının təşkilatçılığı ilə “Toplanış, məşq” mövzusunda təlim keçirilib.  

 

AzEdu.az xəbər verir ki, universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb. Bildirib ki, ADNSU-da da təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı mütaməadi tədbirlər keçirilir, bu məsələ hər zaman diqqət mərkəzindədir.

 

Qeyd olunub ki, baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrə qarşı hazır olmaq üçün qabaqcadan profilaktik tədbirlərin yerinə yetirilməsi, bu və ya digər təlimlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.