Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 09:27:00
İxtisas seçimində abituriyentlər arasında gərgin rəqabət - STATİSTİKA

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 4824, II ixtisas qrupu üzrə 3364, III ixtisas qrupu üzrə  4146, IV ixtisas qrupu üzrə 1471 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 504, II ixtisas qrupu üzrə 427, III ixtisas qrupu üzrə 377, IV ixtisas qrupu üzrəisə 172 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 245 nəfərdir. Bu saata əsasən, 4 ixtisas qrupu üzrə ümumilikdə 15.285 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları