Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-13 12:31:00
III qrupa imtahan verəcək abituriyentlərin işi çox çətin olacaq - SƏBƏBLƏR
 
Deməli, 3-cü qrupa hazırlaşan şagird bu ildən Coğrafiyadan imtahan verəcək.
 
1. Qəbul imtahanına 5-6 ay qalmasına baxmayaraq, hələ ki proqram təqdim edilməyib, Bu bir ayrı məsələ…
 
2. 5 fənn və + coğrafiyadan imtahan verməklə şagird sadəcə iki fakültəyə, regionşünaslıq və beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul ola bilərlər, bu da ayrı bir məsələ…
 
3. Bir zamanlar coğrafiya 3 cü qrupda idi, sonra anladıq ki, yox, bu fakültə və bu fənn 3-cü qrupda ola bilməz, üstündən illər keçdi yenə anladıq ki, sən demə, səhv etmişik, gəlin, təzədən qaytaraq 3-cü qrupa, amma sadəcə iki fakültə üçün…
 
4. Ümumiyyətlə, regionşünaslıq və beynəlxalq iqtisadi münasibətlər, nə qədər vacib və önəmli fakültədir?sualı isə bir ayrı məsələdir, bu da ayrı məsələ…
 
P.S. 6 fənn, faktoloji suallar. 6 fənn vuraq 6 sinfə, 36 kitab + 36 test toplusu etdi 72 DİM kitabı, + gələk dərsliklərin 36 kitabını, etdi 104 kitab, bunun da üstünə əlavə kurs test bankı, edər 110 kitab, bunu da vuraq ortalama 300 səhifəyə, bu da edər 30000 səhifə. Yəni bildiyiniz, bir şagird universitetə qəbul olmaq üçün 6 fənin 5-11 ci sinufləri üzrə təqribən 30000 səhifə kitab oxumalıdır. İndi deyin, hansı akademik bu qədər kitab oxuyur bir ildə?
 
Şəmil Sadıq
"Hədəf" Şirkətlər Qrupunun baş direktoru